Tel. ve WhatsApp: +90 551 962 30 86 E-mail: [email protected]; [email protected]
TR AZ RU

27 Yanvar tarixində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!" adlı multidisiplinar beynəlxalq elmi konfrans keçiriləcəkdir.

Hörmətli həmkarlar!

Sizi Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş “Bir kərə yüksələn bayraq, bir daha enməz!" adlı multidisiplinar beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.

Təşkilatçılar: Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Qars Kafkas Universiteti, Dünya Azərbaycanlıları Forumu, Hollandiya Azərbaycan Evi, İğdır Azərbaycan Evi, Türksan (Türkiyə)

Konfransın keçirilmə tarixi:        27 yanvar 2024
Məqalələrin son qəbul tarixi:       21 yanvar 2024 

Konfrans elmin bütün sahələrini əhatə edir. Buraya daxildir: 
Riyaziyyat-mexanika elmləri; Fizika və astronomiya elmləri; Kimya və biologiya; Texnika elmləri;  Tibb, Biokimya və əczaçılıq elmləri; Yer elmləri və Goğrafiya; Aqrar Elmlər; Hərbi elmlər; Torpaqşünaslıq və Ekologiya; Tarix və antropologiya elmləri; Hüquq elmləri; Siyasi elmlər; Pedaqoji elmlər; Psixologiya elmləri; İqtisadi elmlər; Fəlsəfə elmləri; Muzeyşünaslıq; Kitabxanaşünaslıq və biblioqrafiya; Sənətşünaslıq (Teatrşünaslıq; Kinoşünaslıq; Təsviri incəsənətin tarixi və nəzəriyyəsi və s.); Beynəlxalq münasibətlər; Filologiya elmləri; Kulturologiya; Jurnalistika; Fiziki tərbiyə və idman təlimi nəzəriyyəsi; Kurortologiya və fizioterapiya və s.

Konfransın işçi dilləri: Türkcə (Azərbaycan, Türkiyə, Qazax, Qırğız, Özbək, Türkmənistan Türkcəsi), rus, ingilis, alman və fransız dilləri. (Hakimlər qərar verdiyi təqdirdə, digər dillərdə yazılan məqalələr də qəbul edilir.) İngilis dilində yazılmış məqalələrə üstünlük verilir.

Konfransın aparılma forması: onlayn (ZOOM platform)  
Konfransın keçirilmə yeri: Qars / Türkiyə
Konfrans ödənişlidir.  


  • Yazı qaydaları ilə turk-san.com saytında tanış ola bilərsiniz. Məqalələri diqqətlə gözdən keçirdikdən sonra turksancenter@mail.ru ünvanına göndərin. 
  • Yazı qaydalarına uyğun olmayan məqalələr qəbul edilməyəcəkdir.
  • Məqalələrdə sonradan düzəliş tələb edilməsinə icazə verilməyəcəkdir.    
  • Müraciət formunu doldurmadan öncə şərtlərlə tanış olun. Məqalənizi göndərməzdən əvvəl sənədlərinizi təqdim edəcəyəniz müxtəlif qurumlardan şərtləri dəqiqləşdirməyi unutmayın. 
  • edəcəyəniz müxtəlif qurumlardan şərtləri dəqiqləşdirməyi unutmayın. Bununla bağlı bütün məsuliyyətlər müəlliflərə aiddir.

Məqalələr elmi heyət tərəfindən qəbul olunduğu zaman müəlliflər üçün qurulan whatsap qrupundan (+90 531 089 45 15; +90 551 962 30 86) konfransla bağlı ərtaflı məlumat veriləcəkdir. Ödəniş yalnız məqalənin elmi heyət tərəfindən çapa qəbul edilməsindən (plagiat yoxlanışı və dəyərləndirmədən) sonra həyata keçirilir. 

Ətraflı məlumat üçün təşkilat komitəsinə müraciət edə bilərsiniz:   
Sayt: www.turk-san.com
Email: turksancenter@mail.ru
Tel: +90 531 089 45 15 (WhatsApp); +90 551 962 30 86 (WhatsApp).

İŞTİRAK ŞƏRTLƏRİ:
Ərizə və məqalənizi bir məktubda [email protected] ünvanına göndərin. Ərizə və məqalənin tərtibi (nümunə):
1) ad, soyad, ərizə, KONF (Konfransın adı)
 2) ad, soyad, məqalə, KONF (Konfransın adı)
Əlaqə üçün telefon nömrənizi yazmağı unutmayın.
Məqaləniz çapa qəbul edildikdə siz watsap qrupuna daxil ediləcəksiniz.
Ödənişi edin (watsap qrupunda bankın rekviziti veriləcək.) Bütün məlumatlar whatsap qrupundan veriləcəyi üçün jurnal nəşr olunana qədər whatsap qrupundan ayrılmamağınız məsləhət görülür.


TÜRKSAN